Xəbərlər
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, Balkan İşçi İdmanı Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Oğuz rayonunda təhsil işçilərinin ənənəvi konfransının ilk günü keçirilib.

Oğuz rayonunda təhsil işçilərinin ənənəvi konfransının ilk günü keçirilib.
27 avqust 2026-cı il tarixində Oğuz rayonunda təhsil işçilərinin ənənəvi konfransının ilk günü keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Oğuz Rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Oğuz Rayon Komitəsinin sədri Fərman İbrahimov, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər.
Tədbir çərçivəsində ötən tədris ilinin nəticələri təhlil olunub, qarşıdan gələn yeni tədris ili üçün əsas hədəflər və prioritet istiqamətlər müəyyənləşdirilib.
Çıxışlar zamanı yeni tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəb-valideyn əlaqələrinin daha da gücləndirilməsi, təhsilalanların inkişafı üçün əlverişli mühitin yaradılmasının vacibliyi vurğulanıb. Eyni zamanda, çıxış edənlər yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edərək onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, konfransın ikinci günü – 28 avqust 2026-cı il tarixində panel müzakirələri ilə davam etdirilməsi nəzərdə tutulub.
Həm istirahət, həm də tariximizə səyahət

Həm istirahət, həm də tariximizə səyahət
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Oğuz rayon Komitəsinin təşkilatçılığı ilə rayonun bir sıra təhsil müəssisələrinin əməkdaşları üçün müxtəlif istiqamətlər üzrə gəzintilər təşkil olunub.
15 avqust 2026-cı il tarixində Yaqublu kənd bağçasının əməkdaşları Şəki–Qax istiqamətində, Nail İbrahimli adına 3 saylı məktəbin müəllim və əməkdaşları Daşkəsən rayonunun Xaçbulaq İstirahət Mərkəzinə, təhsil sektoru əməkdaşları isə Xankəndi–Şuşa istiqamətində səfərə çıxıblar.
16 avqust 2026-cı il tarixində isə Qumlaq kənd bağçasının əməkdaşları Qax–Zaqatala istiqamətində gəzintidə iştirak ediblər.
Təşkil olunan səfərlər müəllim və əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsi, onların istirahətinin təmin olunması ilə yanaşı, Azərbaycanın zəngin tarixi, mədəni irsi və təbiət gözəllikləri ilə yaxından tanış olmalarına da imkan yaradıb. Səfər iştirakçıları həm dincəlib, həm də ölkəmizin görməli və tarixi məkanlarını ziyarət edərək xoş və unudulmaz təəssüratlar əldə ediblər.
Xüsusilə Xankəndi–Şuşa istiqamətində təşkil olunan səfər müəllim və əməkdaşlar üçün böyük mənəvi əhəmiyyət daşıyıb. Şuşanın tarixi-mədəni irsi və Qarabağın gözəllikləri ilə yaxından tanış olmaq iştirakçılarda böyük qürur və sevinc meyli yaradıb.
Bu cür gəzintilərin təşkili əməkdaşların istirahətinin təmin olunması ilə yanaşı, onların doğma Azərbaycanın tarixi və görməli yerləri ilə daha yaxından tanış olmalarına, kollektivdə birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
Səfərlərdə iştirak edən müəllim və əməkdaşlar göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin rəhbərliyinə və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Oğuz rayon komitəsinin rəhbərliyinə öz dərin təşəkkürlərini bildiriblər.
İttifaq üzvüləri müalicə və istirahət mərkəzlərindən istifadə edirlər.

İttifaq üzvüləri müalicə və istirahət mərkəzlərindən istifadə edirlər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Oğuz rayon komitəsinin tərkibində fəaliyyət göstərən ilk təşkilatların üzvləri ölkəmizin müxtəlif sanatoriya, müalicə və istirahət mərkəzlərində öz asudə vaxtlarını səmərəli keçirir, müalicə olunurlar.
Müasir innovasiyaların tətbiqi sayəsində ittifaq üzvləri onlayn qaydada qeydiyyatdan keçərək bu imkanlardan güzəştli və rahat şərtlərlə yararlanmaq hüququ əldə etmişlər. Yollayışla təmin olunan əməkdaşlar üçün gedəcəkləri sanatoriya və istirahət komplekslərində günün tələblərinə cavab verən yüksək səviyyəli şərait yaradılmış, müalicəvi və reabilitasiya xidmətləri təşkil olunmuşdur.
Yaradılan bu geniş imkanlardan və göstərilən diqqətdən razı qalan çoxsaylı həmkarlar ittifaqı üzvləri öz dərin minnatdarlıqlarını bildirirlər. Onlar təhsil işçilərinin sağlamlığının bərpası və istirahətinin təşkili istiqamətində həyata keçirilən bu tədbirlərə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, ETİHİ Respublika Komitəsinə və ETİHİ Oğuz Rayon Komitəsinin rəhbərliyinə təşəkkürlərini ifadə edirlər.
Hər bir həmkarlar ittifaqı üzvünün hüquqlarının müdafiəsi, onların sosial-məişət problemlərinin həlli, sağlamlığının qorunması və qayğısına qalınması qarşıya qoyulmuş ən mühüm və prioritet məqsədlərdəndir. Oğuz Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində öz fəaliyyətini ardıcıl olaraq davam etdirəcəkdir.
İttifaq üzvləri üçün ekskursiya təşkil olunub.

İttifaq üzvləri üçün ekskursiya təşkil olunub.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin təşkilatçılığı ilə ittifaq üzvləri üçün iyul ayı ərzində ekskursiya təşkil olunmuşdur. Ekskursiya çərçivəsində Bayan kənd tam orta ümumtəhsil məktəbinin ilk həmkarlar təşkilatının üzvləri Qəbələ və İsmayıllı rayonlarına, Böyük Söyüdlü kənd körpələr evi-uşaq bağçasının ilk həmkarlar təşkilatının üzvləri isə Qəbələ rayonuna səfər etmişlər.
Səfərin təşkil olunmasında əsas məqsəd ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili və respublikamızın turizum məkanları ilə tanışlıq olmuşdur.
İttifaq üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə öz minnətdarlıqlarını bildirmişlər.
Şəhid Cəfərli Şahin Şamil oğlunun doğum günü qeyd olunmuşdur.

Şəhid Cəfərli Şahin Şamil oğlunun doğum günü qeyd olunmuşdur.
28 iyun 2026-cı ildə şəhid Cəfərli Şahin Şamil oğlunun doğum günü münasibətilə tədbir təşkil olunmuşdur. Şəhidin məzarı ziyarət olunmuş, üzərinə gül-çiçək dəstələri qoyulmuşdur. Təşkil olunmuş tədbirdə Oğuz rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının, ETİHİ Oğuz rayon komitəsinin səlahiyyətli nümayəndələri, müəssisə və təşkilatlar, şəhid ailələri və kənd ictimaiyyəti iştirak etmişdir.
Cəfərli Şahin Şamil oğlu 28 iyun 1994-cü ildə Xalxalqışlaq kəndində anadan olmuşdur. 2000-ci ildə birinci sinfə daxil olmuş, 2011-ci ildə İntizam Rəhimov adına Qumlaq kənd tam orta ümumtəhsil məktəbini bitirmişdir. 2012-2014-cü illərdə hərbi xidmətdə olmuşdur. 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
01 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. 02 oktyabr 2020-ci il tarixdə Xalxalqışlaq kənd qəbiristanlığında dəfn olunmuşdur. 15 dekabr 2020-ci il, 29 dekabr 2020-ci il və 30 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Kəlbəcərin azad edilməsinə görə" və "Hərbi xidmətə görə", 2026-cı ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Bütün şəhidlərimizə allah rəhmət eləsin.
Son zəng tədbiri keçirilmişdir.

Son zəng tədbiri keçirilmişdir.
13 iyun 2026-cı il tarixində Oğuz şəhəri Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü liseydə "Son zəng" tədbiri keçirilmişdir. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Oğuz Rayon Təhsil Sektorunun, ETİHİ Oğuz rayon komitəsinin nümayəndələri, şəhid ailələri, məktəb kollektivi və şagirdlər iştirak etmişlər.
Tədbirdə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər məzunları təbrik etmiş, onlara gələcəkdə əsl Azərbaycan vətəndaşı kimi formalaşmağı arzu etmişlər. Məzunlar da öz növbəsində çıxış edərək, qazandıqları elmi biliklərə görə müəllimlərinə təşəkkürlərini bildirmişlər.
Tədbirin sonunda bir qrup təhsil işçisi və şagirdlər ictimai işlərdə və təhsildə qazandıqları nailiyyətlərə görə Fəxri fərman və təşəkkürnamə ilə təltif olunmuşdur.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir.
1 iyun 2026-cı il tarixində Oğuz rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, Şəki-Zaqatala Regional İdman İdarəsinin Oğuz rayon sektorunun müdiri Şaiq Rüstəmov, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və valideynlər iştirak etmişlər. Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi sükutla yad edilmiş və Dövlət Himni səsləndirilmişdir. Tədbirdə çıxış edənlər uşaqları təbrik etmiş, onlara öz səmimi fikirlərini çatdırmışlar. Çıxış edənlər xüsusi qayğıya ehtiyacı olan uşaqların daim dövlətimiz tərəfindən diqqət mərkəzində saxlandığını qeyd etdilər. Tədbir çərçivəsində uşaqlar üçün musiqili proqramlar təşkil olunub. Bu tədbir valideynlər və uşaqlar tərəfindən sevinclə qarşılanıb. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkildi.
İttifaq üzvləri üçün ekskursiya təşkil olunmuşdur.

İttifaq üzvləri üçün ekskursiya təşkil olunmuşdur.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsinin təşkilatçılığı ilə ittifaq üzvləri üçün ekskursiya təşkil olunmuşdur. Oğuz rayonu Əjdər Mahmudov adına Qarabulaq kənd tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri 28 may 2026-cı il tarixində Xankəndi və Şuşa şəhərlərinə ekskursiyaya getmişlər. Ekskursiyanın əsas məqsədi mədəni və tarixi bölgələri ziyarət etmək, istirahət və maarifləndirməni bir arada təmin etməkdir.
İttifaq üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə və əməyi keçən hər kəsə öz minnətdarlıqlarını bildirmişlər.
28 May Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir.

28 May Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir.
25 may 2026-cı il tarixdə Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsinin təşkilatçılığı və Oğuz Rayon Təhsil Sektoru ilə birgə 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, şəhid ailələri və təhsil işçiləri iştirak etmişlər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi və şəhidlərin məzarları ziyarət olunmuş, üzərlərinə gül-çiçək dəstələri qoyulmuşdur. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov çıxış edərək iştirakçıları salamlamış və tədbir haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, Müstəqillik Günü hər bir azərbaycanlının qəlbində qürur hissi yaradır. 108 il əvvəl Şərqdə və müsəlman dünyasında ilk demokratik Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın azadlıq və müstəqillik əzminin dünyaya nümayişi idi.
Tədbirdə "Azərbaycanın müstəqillik tarixi" mövzusunda Oğuz şəhər Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət təmayüllü liseyin müəllimi Quliyeva Nigar Çingiz qızı, "Müstəqilliyimiz əbədidir" mövzusunda Oğuz rayon Anar Əfəndiyev adına Kərimli kənd tam orta məktəbinin müəllimi Məmmədova Vəfa Vahid qızı və "Azərbaycan güclü bir dövlətdir" mövzusunda Xaçmazqışlaq kənd tam orta məktəbinin müəllimi Mustafazadə Araz Fərman oğlu çıxış etmişlər.
Daha sonra Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək iştirakçıları təbrik etmiş, onlara öz səmimi arzularını çatdırmışdır. Tədbir bədii hissə ilə davam etdirilmişdir. Sonda bir qrup təhsil işçisinə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.
Maarifləndirici tədbir keçirilmişdir.

Maarifləndirici tədbir keçirilmişdir.
Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsində 15 may 2026-cı il tarixində maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə komitənin sədri Fərman İbrahimov və ilk həmkarlar təşkilatlarının sədrləri iştirak etmişlər.
Tədbirin keçirilməsində əsas məqsəd sanatoriya-kurort yollayışlarının verilməsi, istifadəsi və uçotunun aparılması qaydalarının izah olunmasıdır.


